Logo

Bakıda tələbə qız intihar etdi - FOTO

14.02.2022 14:32 1323 baxış
IMG

Bakıda intihar hadisəsi baş verib.

Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 20 yaşlı Xədicə Yaşar qızı Adıyeva yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən X.Adıyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.

Xəbər lenti