Logo

Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verdi

14.02.2022 16:43 563 baxış
IMG

Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

“Report”un əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

Xəbər lenti