Logo

Ramiz Mehdiyev Bəxtiyar Hacıyevin təhsil almasına mane olub?

14.02.2022 16:51 592 baxış
IMG

Siyasi fəal Bəxtiyar Hacıyevi xaricdə təhsil almasına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev mane olub.

Bunu sabiq təhsil naziri, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov “LAF TV”də deyib.

“Bəxtiyar Hacıyevi yaxşı tanıyıram. Mənim qəbulumda olub. Mən onun xaricdə oxumağına müsbət rəy vermişəm. Ancaq mənə deyiblər ki, bu oğlanın ora getməsi qeyri-mümkündür. Prezident yanında təhsil komissiyası yaradılmışdı. O, Komissiyanın sədri də Ramiz Mehdiyev idi”, - deyə Mərdanov qeyd edib.

Sabiq nazir qeyd edib ki, gənclərin xaricdə təhsili ilə bağlı son qərarı məhz bu komissiya verirdi: “Mənim Bəxtiyar Hacıyevə o zaman da böyük hörmətim var idi. Elə bir adamı mən göydə axtarırdım, bu gün də axtarıram. Mən fəxr edirəm ki, Azərbaycanda Harvard Universitetini bitirən birinci adam odur. Bəxtiyar Hacıyev haqqında təqdimat yazıb, göndərdim amma buraxmadılar”.

Misir Mərdanov qeyd edib ki, hamı Bəxtiyar Hacıyevin açıq fikirli, öz sözünü deyən, bilikli və bacarıqlı adam olduğunu görürdü: “Onun gələcəyindən qorxaraq ora getməyə qoymadılar. Birmənalı şəkildə”. 

Mənbə: Qafqazinfo

Xəbər lenti