Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açaraq bildirib ki, bu dəfəki şurada müzakirəyə çıxarılan əsas məsələ universitetdə və LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin müzakirəsi olacaq.
LDU-nun Tədrisin təşkili və keyfiyyətə nəzarət şöbəsinin müdiri Asif İmanlı universitetdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflı məlumat verib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumatı kollecin direktoru dos. Ruslan Həmidov təqdim edib.
Hər iki məsələ ətrafında geniş fikir mübadiləsi edilib, təklif və rəylər dinlənilərək müzakirə olunub.
“Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsinin yekunları ilə bağlı Elmi katib Allahşükür Quliyev məlumat verib.
Elmi şurada bir sıra cari məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.