Logo

Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı

15.02.2022 09:56 1502 baxış
IMG

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb.

Tehsil.biz oxu.az-a istinadən xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb. 

Təhsil Nazirliyindən Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədovanın səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmədiyi, işə qayıtdıqdan sonra barəsində qərar veriləcəyi bildirilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.

Xəbər lenti