Logo

Azərbaycanda dini qurumlar yeni qaydalarla qeydiyyatdan keçəcək

15.02.2022 13:50 754 baxış
IMG

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınmasıqaydasına dəyişiklik edilir.

Bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığıhaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddəninüçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla)dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu,nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlətreyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdətutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Digər bir dəyişikliklə isə dini icmaların təqdim etdiyi ərizəyəonu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və yaonların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayışyeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərinsiyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dinitəlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onunfəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha vətəhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinəqoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qanunun hazırkı varinatı isə belədir ki, dini icmanın dövlətqeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlikyaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanıntəsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzəvə ya idarəyə müraciət edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikincioxunuşda qəbul edilib.

Xəbər lenti