"14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər".
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq məktəbdən bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb: "Onların valideynləri məktəbə çağrılıb. Eyni zamanda, məktəbə hüquq mühafizə orqanlarının nümayəndələri dəvət olunub".