Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, elan edilmiş vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.
Vakant vəzifə haqqında məlumat
Struktur bölmə: Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsi
Vəzifənin adı: məsləhətçi
İş yeri: Lənkəran şəhəri
Aylıq vəzifə maaşı: 907 AZN
Qulluq funksiyaları:
imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
imtahan keçirilən yerlərin bazasının yaradılması, onun zənginləşdirilməsi və istifadəsi, qəbul edilmiş sxemə uyğun onların hazırlanması;
imtahanların təşkili və idarəedilməsinə cəlb ediləcək məsul şəxslərlə işin (müvafiq bazanın yaradılması, müqavilələrin bağlanılması, prosesə cəlb edilməsi və təlimlərin keçirilməsi) təşkili ;
vəzifə təlimatında göstərilən işlərlə bağlı təhlillərin aparılması və dövri hesabatların hazırlanması;
Regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi;
Vəzifənin tutulma şərtləri:
Təhsilə dair tələblər: ali təhsil.
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: ingilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə)
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il fevralın 26-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Qeyd edək ki, Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata malik olan şəxslərə üstünlük veriləcək.