Dövlət İmtahan Mərkəzində İmtahanların təşkili və idarəedilməsi departamentinin Təşkilati işlər, təhlükəsizlik və koordinasiya sektorunda məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
Tehsil.biz xəbər verir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar:
- Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti
- Struktur vahid: Təşkilati işlər, təhlükəsizlik və koordinasiya sektoru
Vəzifənin adı: Məsləhətçi
Aylıq vəzifə maaşı: 1209 manat
Qulluq funksiyaları:
1. İmtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin görülməsi;
2. İmtahanların təşkili ilə əlaqədar məlumat bazalarının yaradılması, zənginləşdirilməsi və istifadəsi;
3. İmtahanların keçirilməsi üçün lazımi materialların hazırlanması və komplektləşdirilməsi;
4. Səlahiyyətləri çərçivəsində daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
5. Vəzifə təlimatında göstərilən işlərlə bağlı təhlillərin aparılması və dövri hesabatların hazırlanması;
6. İmtahanların təşkilinə və keçirilməsinə dair səmərələşdirici təkliflərin hazırlanması.
Təhsilə dair tələb: Ali təhsil
Kompüter biliklərinə dair tələblər:
MS Windows, MS Office proqramı və internetdən istifadə bacarığı (yüksək səviyyədə), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdırılması və istifadəsi;
Xarici dil biliklərinə dair tələblər: ingilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə)
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il fevralın 26-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd edək ki, Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata malik olan şəxslərə üstünlük veriləcək.