Logo

Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiniz?

15.02.2022 22:55 803 baxış
IMG

Damarların aterosklerozu – tıxanması ürəkdə infarkt və insultun birinci səbəbidir. Eləcə də həkimlər damar tıxanmasının diabet əmələ gətirdiyini bildirir.

Tehsil.biz Medicina.az-a istinadən xəbər verir ki, həkim endokrinoloq Tatyana Rutkovskaya ürək-damarları qorumaq üçün həftədə 150 dəqiqə - bunu günlərə bölmək lazımdır – aerobika məşqləri etməyi məsləhət görüb.

Optimal variant – sakit şəkildə gəzmək, Skandinaviya gəzişi və üzməkdir.

Ürəyi qorumaq üçün artıq çəkini azaltmaq lazımdır.

Gündəlik kalorini yeməyi 4-5 yerə bölməklə paylaşdırmaq olar.

Belə ki, gündəlik kalorinin 25% səhər yeməyi, günorta yeməyi 35%, axşam yeməyi 15% olmalıdır. Qalan faizləri yemək aralıqlarına bölüşdürün.

Eləcə də bel dairəsinin, qarın hissənin incəlməsinə çalışmaq lazımdır.

Birdən yox, tədricən bədən çəkisini 1 il ərzində 20% azaltmaq ürək-damarları kifayət qədər sağlamlaşdırır.

Xəbər lenti