Logo

Məşhur bəstəkar vəfat etdi

16.02.2022 11:07 493 baxış
IMG

Məşhur hind bəstəkarı və müğənnisi Bappi Lahiri (əsl adı Alokesh Lahiri) vəfat edib.

Kulis.az xəbər verir ki, bəstəkar bu gün Mumbay klinikalarından birində 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Lahiri hind kinosunun musiqisində diskoteka üslubunun banisi hesab olunur. O, 1970-1980-ci illərdə bir çox məşhur filmlərin bəstəkarı olub. "Disko rəqqas" (1982), "Rəqs et, rəqs et" (1987), "Sevgi, sevgi, sevgi" (1989) və s. kimi filmlərin musiqisinin müəllifidir.

Xəbər lenti