Logo

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib

16.12.2020 17:08 462 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində "Ab-initio hesablamalardan β-Ag2S kristalının dinamik xassələri və Raman səpilməsi" mövzusunda onlayn elmi seminar keçirilib.

 

Mərkəzinin aparıcı elmi işçisi, professor Cahangirli Zakir mövzu ilə bağlı təqdimatla çıxış edib. Məruzədə Ag2S kristalının dinamik xassələrinin Raman spektroskopiyası vasitəsilə eksperimental, Sıxlıq Funksionalı vasitəsilə nəzəri hesablamalarından bəhs edilib. Natiq Raman spektroskopiyasının nəzəri əsasları haqqında geniş məlumat verərək Raman effektinin klassik və kvant fizikası nöqteyi nəzərindən izahını təqdim edib. Təqdimatda 7 Raman aktiv mod müşahidə edilib, qrup nəzəriyyəsi vasitəsilə kristalın nöqtəvi simmetriyasından istifadə edərək alınmış fonon tezliklər identifikasiya olunub. Fonon zona quruluşu nəzəri olaraq hesablanıb və eksperimental nəticələrlə müqayisə olunub. Məruzədə həmçinin qeyd olunub ki, β-Ag2S kristalının fonon və Raman spektri temperaturdan asılı olaraq β-Ag2S ®️ a-Ag2S faza keçidi zamanı baş verən struktur dəyişikliyini izləməyə imkan verir.

 

Sonda dinləyiciləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb

Xəbər lenti