Bağçaya müəllimlərin işə qəbulu məsələsinə aydınlıq gətirilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.
Şöbə müdiri bildirib ki, bununla bağlı mexanizm hazırlanır: “Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bu istiqamət üzrə işə qəbulun ən obyektiv və ədalətli formada həyata keçirilməsi nəzərdə tutulur”.