Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında məktəblilər arasında baş verən kütləvi dava ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat Xidmətindən “Tehsil.biz"ə bildirilib ki, hadisə barədə aparılan araşdırma yekunlaşıb: “Müəyyən olundu ki, orta məktəbin şagirdləri arasında mübahisə olub. Həmin şagirdlərlə fərdi profilaktiki söhbət aparılıb, zərərçəkən və şikayətçi yoxdur. Mübahisədə kriminal tərkib aşkar edilməyib”.