Logo

“Qobustan dünyası” jurnalının və jurnalın rəsmi saytının, "Qavaldaş" cizgi filminin təqdimatı olacaq

16.02.2022 15:58 632 baxış
IMG

Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, 18 Fevral 2022-ci il tarixində, saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçiriləcək.

Tədbirdə həmçinin Qobustan abidələrindən bəhs edən fotosərgi təşkil olunacaq.

Xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə  daşıyır.

Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə  layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun ən vacib fəaliyyət istiqamətlərindən biridir. Qobustan Milli Tarix- Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalı, jurnalın rəsmi saytı və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir.

Xəbər lenti