Logo

ABŞ-da nə qədər azərbaycanlı təhsil alır?

16.02.2022 16:04 434 baxış
IMG

"Hazırda 500-dək azərbaycanlı ABŞ-da müxtəlif proqramlar üzrə təhsil alır".

Report xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyilə bağlı keçirilən dəyirmi masada bildirib.

Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayının dəfələrlə artacağına ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, insanlar arasında münasibətlər və təhsil Azərbaycan-ABŞ əməkdaşlığının vacib tərkib hissələridir.

“Biz ingilis dilinin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün məktəblər və digər təhsil müəssisələri ilə işləyirik. İngilis dilinin öyrənilməsinə böyük tələbat var. Ölkələr arasında təhsil sahəsində çoxsaylı mübadilə proqramları mövcuddur. Bunlara misal kimi FLEX-i göstərmək olar”, - səfir deyib.

Xəbər lenti