“Təhsil” Respublika İdman Mərkəzinin qılıncoynatma idman növü üzrə 2005-ci il təvəllüdlü və daha kiçik oğlan və qızlar arasında respublika birinciliyi keçirilib.
Tehsil.biz xəbər verir ki, pandemiya qaydalarına uyğun təşkil olunan yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 100 idmançı qılıncoynatmanın sablya, rapira və şpaqa növləri üzrə mübarizə aparıb.
Birincilikdə şəxsi və komanda görüşlərində oğlanlar və qızlar arasında I, II, III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd qılıncoynatma idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.