Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru universitet əməkdaşları və tələbələrinin şəxsi inkişaf səviyyəsinin artırılması məqsədi ilə “Oxu klubu”na üzvlük üçün qəbul elan edir.
“Oxu klubu”nun fəaliyyət planı çərçivəsində iştirakçıların oxu vərdişi və moderatorluq qabiliyyəti inkişaf etdiriləcək, ədəbiyyat nümunələri və şeirlərin təhlili aparılacaq. Eyni zamanda, iştirakçıların oxu bacarıqlarının inkişaf etdirməsi məqsədi ilə psixi proseslər üzrə praktik çalışmalar da nəzərdə tutulub.
“Oxu klubu”nun üzvləri ilə görüş ayda 2 dəfə 2 saat olmaqla keçiriləcək. İlk görüş fevralın 22-də baş tutacaq. Kluba üzv olmaq üçün qeydiyyat tarixi fevralın 21-nə qədərdir.
Psixoloji yardım sektoru ilə əlaqə tel.: (+99477)304 24 48
Sektorun instagram hesabı: pys__bdu.