Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçular sırasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan Bakı Dövlət Universitetinin tələbə və məzunları da var.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı