Logo

Google köhnə kompüterlər üçün yeni əməliyyat sistemini anons etdi

17.02.2022 00:07 493 baxış
IMG

Google Windows və Mac OS sistemli köhnə kompüterlər, noutbuklar,Linux sistemli qurğular üçün nəzərdə tutulmuş yeni Chrome OS Flexəməliyyat sistemini anons edib.

Trend xəbər verir ki, yeni əməliyyat sistemi Chrome ƏS-ə çoxbənzəyir.

Bildirilir ki, kompüterə yeni sistemi quraşdırmaq lazım deyil.Onu sadəcə USB flash karta yükləyərək, daha sonra onukompüterinizin hard diskinə quraşdırıb-quraşdırmayacağınıza qərarverə bilərsiniz.

Google qeyd edib ki, bu ƏS-in əsas auditoriyası müasir əməliyyatsistemlərinin çox “ağır” olduğu istehsal ili 10 ildən yuxarıkompüteri olan istifadəçilər olacaq.

Hazırda yeni sistem sınaqdan keçirilir. Lakin ekspertlər hesabedirlər ki, onun nəzərə çarpan kütləvi məhsula çevrilməsi ehtimalıazdır.

Xəbər lenti