Logo

NDU-da tələbələrin pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib

17.02.2022 16:42 487 baxış
IMG

Naxçıvan Dövlət Universitetində tələbələrin pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib.

Ali təhsil ocağında fakültələr üzrə cari tədris ilinin ikinci yarısına aid pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransları keçirilib. Universitetin rektoru Elbrus İsayev fakültələrdə tələbələrlə görüşərək keçirilən təcrübələrin yüksək ixtisaslı, mənəvi-əxlaqı dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb.

Diqqətə çatdırılıb ki, həm pedaqoji, həm də istehsalat təcrübəsi eyni məqsədə tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edir. Rektor bildirib ki,  universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa və dövlət qurumlarında işləyəcək gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir. Rektor pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətini, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib. Pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi, müəllim hazırlığı formalarından biridir. Rektor tələbələrə və təcrübə rəhbərlərinə bu dövrə məsuliyyətlə yanaşmağı, yüksək göstəricilərlə başa vurmağı arzulayıb.

Qeyd edək ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə 379 nəfər IV kurs tələbəsi muxtar respublikanın 17 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedoqoji təcrübədə olacaqlar.

Ümumilikdə istehsalat təcrübəsinə cəlb edilən tələbələr isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, televiziya, qəzet redaksiyasında və  bu kimi 26 dövlət müəssisələrində 14 həftə müddətində təcrübə keçəcəklər.

Məlumat üçün onu da bildirək ki, pedoqoji təcrübələr üzrə 76, istehsalat təcrübələri üzrə isə 59 metodist təcrübələrə rəhbərlik edəcək. 

Xəbər lenti