Logo

Mingəçevir Dövlət Universitetində yeni akkreditasiya qaydaları ilə bağlı seminar keçirilib

17.02.2022 17:48 467 baxış
IMG

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni akkreditasiya qaydaları ilə bağlı məlumatlandırıcı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, MDU-nun inzibati heyət üzvləri üçün təşkil edilən seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təqdimatla çıxış edib.

Akkreditasiya qaydalarına edilmiş dəyişikliklərin mahiyyətindən, hazırda tətbiq olunan yeni qaydaların və meyarların məzmunu və üstünlüklərindən bəhs edən A.İlyasov əsas məqsədin təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi olduğunu qeyd edib.

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

Qeyd edək ki, təhsildə keyfiyyət təminatı məsələlərini diqqət mərkəzində saxlayan MDU-da ali təhsil sistemində bu istiqamətdə baş verən yeniliklər və dəyişikliklər barədə müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti