Logo

GDU-da Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirildi

17.02.2022 22:54 1107 baxış
IMG

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Qarabağ müharibəsi Şəhdlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışmış, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dahi şairin irsinin öyrənilməsi və tədqiq edilməsi ilə bağlı  imzaladıqları Sərəncamların əhəmiyyətindən danışıb.

Sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın “Nizami Gəncəvi irsi və gənclik”, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü, şair Elməddin Nicatın “Nizami Gəncəvi yaradıcılığı haqqında”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevin “Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında” və Universitetin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Nizami Gəncəvi yaradıcılığında gənclərə nəsihət” mövzularında məruzələri dinlənilib.

Tədbirdə universitetin filologiya fakültəsi tələbələri Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda bir qup müəllim və tələbəyə Dünya Gənc Türk Yazarlar Birliyinin Diplomları təqdim olunub.

Xəbər lenti