Logo

Azərbaycan Texnologiya Universitetində (UTECA) respublika konfransı keçiriləcək

18.02.2022 10:05 712 baxış
IMG

10 mart 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) “Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır” mövzusunda müəllim və gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək. 

Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

-Qida mühəndisliyi
-Logistika mühəndisliyi                                              
-Yüngül sənaye mühəndisliyi 
-İnformasiya texnologiyaları və kompüter mühəndisliyi 
-Metal və materiallar mühəndisliyi 
-İqtisadiyyat və menecment
-Davamlı inkişaf  və təhsil texnologiyaları

Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:

-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;
-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazılmalıdır;
-Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1,5) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq hazırlanmalıdır;
-Mətnin əvvəlində sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında müssisəsinin adı, e-poçt ünvanı və növbəti sətirin mərkəzində isə konfrans materialının adı yazılmalıdır.

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:

-Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
-İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
-Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
-Ədəbiyyat siyahısında son 5-10 ilin eImi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.
-İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir.

Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış   məruzələrə   ingilis   və rus   dillərində,   rus   dilində   yazılmış   məruzələrə  Azərbaycan və ingilis dillərində, ingilis dillərində yazılmış   məruzələrə  Azərbaycan və rus   dilində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Konfrans materialları 5 mart 2022-ci ildən gec olmayaraq [email protected]  elektron poçt ünvanına göndərilməlidir.             

Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir.

Valyuta: AZN
Benefisiarın adı: Azərbaycan Texnologiya Universiteti
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Bankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24
Tel: (022) 256-67-95, 256-01-19

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
e-mail: [email protected]  

Xəbər lenti