Logo

ADAU-nun gənc alimlərinin məqalələri beynəlxalq nüfuzlu elmi jurnalda dərc olundu

18.02.2022 10:16 365 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) doktorantı Ceyhun Əliyevin və 1-ci kurs magistrantı Mahnur Ələkbərovanın həmmüəllifliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkətinin “Web of Science” elmi platformasında Q1 kateqoriyalı “BMC VETERINARY RESEARCH” jurnalında məqalələri dərc olunub.

Ceyhun Əliyev ADAU-nun “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiya ilə mikologiyası və immunologiyası” ixtisası üzrə doktorantı və Mahnur Ələkbərova isə Zoomühəndislik fakültəsinin “Quşçuluq” ixtisaslaşması üzrə 1-ci kurs magistrantı olaraq təhsil alırlar.

Məqalə ilə tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://bmcvetres.biomedcentral.com/articles/10.1186/s12917-022-03155-1

Xəbər lenti