Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək.
Tehsil.biz xəbər verir ki, müsabiqənin 18-24 fevral 2022-ci il tarixləri arasında 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17) GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Rəsm-müsabiqə üzrə tələblər aşağıdakı kimidir:
- Rəsm müsabiqəsinə hər bir məktəbdən 1 iştirakçı 1 rəsm işi göndərə bilər;
- İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir;
- Rəsm işlərinin işlənmə texnikası sərbəstdir;
- Rəsmlər A3 formatda təqdim edilməlidir;
- İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir;
- Rəsm işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat – şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif və əlaqə vasitəsi qeyd olunmalıdır;
- Müsabiqəyə göndərilən rəsmlər geri qaytarılmır.
Qeyd edək ki, rəsm işləri hazırlanaraq 24 fevral tarixinədək Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə göndərilməlidir. Müsabiqədə münsiflər heyəti tərəfindən işlər qiymətləndiriləcək və I, II, III yerlər müəyyənləşdirilərək qalib olan şagirdlər hədiyyə ilə mükafatlandırılacaqlar.