Logo

Dövlət Xidmətinə yeni sektor müdiri təyin edildi

18.02.2022 10:53 821 baxış
IMG

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Tehsil.biz xəbər verir ki, nazir Anar Kərimovun əmri ilə bu vəzifəyə Nuridə Allahyarova gətirilib.

Qeyd edək ki, N.Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, Dövlət Vergi Xidmətində baş dövlət vergi müfəttişi, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri, "BakuBus” MMC-də, Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri qismində fəaliyyət göstərib.

Bundan əlavə, N.Allahyarova ATV və Space televiziya kanallarında ictimai-siyasi verlişlərin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 

Xəbər lenti