Logo

ADNSU-nun rektoru DAAD nümayəndələri ilə görüşdü

18.02.2022 11:52 369 baxış
IMG

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik mübadilə xidmətinin (DAAD) Tbilisi regional mərkəzinin direktoru Gebhard Reul və nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, qonaqları universitetdə salamlayan rektor, professor Mustafa Babanlı ADNSU-da tədris, mübadilə proqramları, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında məlumat verib. ADNSU ilə Almaniyanın nüfuzlu universitetləri arasında tədris və elmi tədqiqatlar istiqamətində uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor, professor M.Babanlı elmi əlaqələrin genişlənməsində və mübadilə prosesində DAAD-nin böyük rolu olduğunu vurğulayıb.

ADNSU-da olmaqdan məmnunluğunu ifadə edən DAAD-nin Tbilisi regional mərkəzinin direktoru G.Reul universitetlə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. G.Reul neft-qaz sahəsi üzrə almaniyalı pedaqoqların ADNSU-da tədrisə cəlb olunması, həmçinin alman dili kurslarının təşkili ilə yanaşı yeni perspektivlərdən və əməkdaşlıq oluna biləcək istiqamətlərdən söz açıb.

Birgə əməkdaşlığın müzakirə olunduğu görüşdə ikili diplom və təqaüd proqramları, həmçinin alman dili kurslarının təşkili məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Rektor M.Babanlı universitetdə alman dilini öyrənən tələbələrin biliyinin seritifikatlaşmasında DAAD –nin dəstəyinin vacibliyinə toxunub. 

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti