Logo

Bakı Slavyan Universitetinə rektor təyin edildi - SƏRƏNCAM

18.02.2022 12:58 1431 baxış
IMG

Bakı Slavyan Universitetinə (BSU) yeni rektor təyin edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin olunub.

Qeyd edək ki, Anar Nağıyev bu təyinata qədər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

BSU-nun keçmiş rektoru Nurlana Əliyeva 2021-ci ilin iyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildikdən sonra A.Nağıyev universitetdə rektor əvəzi kimi çalışıb.

Xəbər lenti