Logo

ADPU TGT Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib

18.02.2022 16:35 725 baxış
IMG

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin Lektoriyasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hədəf 10%" proqramı çərçivəsində ADPU Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Tarix klubu və Məktəbəqədər təhsil fakültəsinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli öz çıxışında Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib. 

Daha sonra Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva 30 il əvvəl şahidi olduğu hadisələri tələbələrlə bölüşüb, ermənilərin törətdikləri faciədən ətraflı söz açıb, həmçinin ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.

Görüş diskussiya ilə davam edib.

Xəbər lenti