Logo

AzTU-da "Xocalı - bir millətin kədəri" sənədli filmi nümayiş olunub

18.02.2022 17:03 603 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Xocalı - bir millətin kədəri" adlı tədbir keçirilib.

AzTU-dan "Tehsil.biz"ə verilən məlumata görə, məqsəd Xocalı soyqırımı haqqında həqiqətlərin gənclər arasında yayılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görməkdir. 

Əvvəlcə layihə rəhbəri Aida Ramiz tədbir iştirakçılarına layihə haqqında ətralı məlumat verib. Layihə rəhbəri qeyd edib ki, gənc nəslin maariflənməsi zamanı daha dəqiq faktlara söykənən məlumatlardan istifadə olunmalıdır. Daha sonra "Xocalı - bir millətin kədəri" sənədli filmi nümayiş olunub.

Filmin ssenari müəllifi, Böyük Britaniya vətəndaşı olan jurnalist İan Piert  film haqqıda təəssüratlarını bölüşdükdən sonra "Virtual Qarabağ" İKT Mərkəzinin əməkdaşı Həzrət Bədiyev mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verib. 

Xəbər lenti