Logo

Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi

18.02.2022 17:55 793 baxış
IMG

21 yanvar 2022-ci il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 39 namizəddən 36-sının müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi, Aparat, Rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi, nazirin köməkçisi  (1 vakant yer üzrə 7 namizəd), Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 6 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 2022-ci il fevralın 24-dən martın 10-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti