Logo

UTECA nümayəndələri GRENG çərçivəsində məruzə ilə çıxış edib

18.02.2022 19:57 541 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Varşava Texnologiya Universitetinin koordinatorluğu ilə həyata keçirilən CRENG layihəsində tərəfdaş kimi çıxış edir.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində 6-10 dekabr 2021-ci il və 14-17 fevral 2022-ci il tarixlərində “Zoom” platformasında Nəqliyyat Xidmətləri üçün Böhran və Risk Mühəndisliyi üzrə master-klass keçirilib. Master-klassda Azərbaycandan olan partnyorlar arasında yalnız Azərbaycan Texnologiya Universitetinin nümayəndələri məruzə ilə çıxış ediblər. Belə ki, master-klassın  dördüncü günü UTECA əməkdaşları tərəfindən həyata keçirilib.

Universitetin Maşın mühəndisliyi və Logistika kafedrasının müdiri, dosent Şakir Əliyev və Menecment kafedrasının assistenti Raqif Huseynov master-klassın kontentinə uyğun olaraq aşağıdakı mövzularda təlimlər keçiblər:

-Liderliyin inkişafının təchizat zəncirlərinin performansına təsiri
-ERP sistemi təchizat zəncirinin idarə edilməsinə təsir edirmi? Azərbaycanda istehsal müəssisələrinin təhlili
-Azərbaycanda logistika sistemlərinin inkişaf perspektivləri
-Azərbaycanın logistika şirkətlərində logistik mərkəzlərin inkişaf mərhələləri

Xatırladaq ki, bütün yeni tədris metodologiyaları CRENG tərəfdaşları tərəfindən tərəfdaş ölkələrin ali təhsil müəssisələrində hazırlanmış innovativ CRENG Magistr proqramını təkmilləşdirmək üçün istifadə olunacaq.

Xəbər lenti