Logo

Finance & Banking Campus 2022 çərçivəsində seminarlar keçiriləcək

18.02.2022 21:00 668 baxış
IMG

Kampus çərçivəsindəki ikinci seminarın spikeri “Deloitte”in Maliyyə Məsləhətçiliyi təcrübəsindəki direktor müavini Tamerlan Süleymanovdur. O, İngiltərə və Uelsin Nizamlı Mühasiblər İnstitutunun assosiativ üzvüdür və Lancaster Universitetində birinci dərəcəli bakalavr dərəcəsinə malikdir.

T.Hüseynov ”Konsaltinq və maliyyə məsləhəti” mövzusunda çıxış edəcək və seminarda qlobal konsaltinq, mühasibat firmalarının üstünlük təşkil etdiyi idarəetmə konsaltinqi, maliyyə məsləhəti dünyası araşdırılacaq.

Seminar zamanı iştirakçılar qlobal konsaltinq və mühasibat firmalarının təqdim etdiyi xidmətlərin genişliyi haqqında anlayış əldə edəcəklər. Həmçinin seminarda iştirakçıların konsaltinq və maliyyə məsləhəti dünyasını təcrübədən keçirmələri üçün tematik keys araşdırması da yer alacaq.

Bildirmək istərdik ki, kampusda iştirak etmək üçün ehtiyaci olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.

Xəbər lenti