Məktəb rəhbərliyinə ciddi tapşırılıb ki, şagirdlər nəzarətə götürülsün, tənəffüs vaxtı dəhlizdə və sinif otağında çox o yan-bu yana qaçmasınlar. Çünki hər an bir hadisə baş verə bilər.
Söhbət Lənkəran şəhər 9 saylı tam orta məktəbdən gedir.
Təhsil şöbəsi qəzalı və yararsız məktəb binasında baş verə biləcək təhlükənin qarşısını almaq üçün belə bir üsula əl atıb.
Məktəb rəhbərliyinə tapşırılıb ki, uşaqlar sinifdə dinc otursun.
Daha ətraflı Baku TV-nin süjetində: