Koreya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.
Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, magistratura, doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 4 mart 2022-ci il tarixədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.