Logo

Uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Azərbaycan çempionu olub

19.02.2022 11:41 472 baxış
IMG

4-18 fevral 2022-ci il tarixlərində Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən kişilər arasında şahmat idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən beynəlxalq əmsalı 2300-dən yuxarı olan, 2022-ci il üçün Naxçıvan Muxtar Respublikasının çempionatında I-III yerlərin tutmuş  idmançılardan ibarət  24 şahmatçı qatılıb.

Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları  uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı qızıl medal qazınıb.

Çempionatda 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aydın Süleymanlı isə yarışı IV yerdə başa vurub.

Qeyd edək ki, yarışda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatında iştirak edəcək.

Xəbər lenti