Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən ofisiant ixtisası üzrə qısamüddətli təlimə müraciətlərin qəbulu davam edir.
Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimə qeydiyyat fevralın 28-dək aparılacaq.
Bir ay yarım davam edəcək təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq. Təlimə ofisiant peşəsinə həvəsi olan və bu sahə üzrə ixtisaslaşmaq istəyən şəxslər müraciət edə bilərlər.
Seçim mərhələsi müraciətlərin qəbulu və müsahibə mərhələlərindən ibarət olacaq. Seçilmiş namizədlər təlimdən ödənişsiz əsaslarla yararlanacaqlar.
Təlimlə bağlı əlavə sual yarandığı halda [email protected] ünvanına müraciət etmək olar.