Logo

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

19.02.2022 13:11 533 baxış
IMG

“Rəqəmsal bacarıqlar” layihəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Tehsil.biz xəbər verir ki, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsi məqsədilə məktəb direktorları ilə görüşlər keçirilir. Görüşlərin əsas müzakirə mövzusu yeni siniflərin əlavə edilməsi, layihə çərçivəsində X sinif şagirdləri üçün ixtisaslaşdırılmış İT siniflərinin açılması, həmçinin hazırda layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlərin aparılması, informatika kabinetlərindəki infrastrukturun qiymətləndirilməsidir.

Yeni tədris ilində layihənin əlavə olaraq 150-dən çox yeni məktəbi əhatə edəcəyi və yeni regionlar üzrə coğrafi baxımdan iki dəfə genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranda ümumilikdə 190 mindən çox şagirdi əhatə edir.

2017-2018-ci tədris ilindən start götürən layihənin məqsədi şagirdlərə alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.

Xəbər lenti