Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.
Təhsil Nazirliyindən bildirilib ki, proqram 2022-2023-cü tədris ili üzrədir. Təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistratura pilləsini özündə ehtiva edir.
Təqaüd proqramına fevralın 28-dək müraciət etmək olar.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.