Logo

XİN-də diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərin nəzərinə

19.02.2022 14:52 715 baxış
IMG

2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.

XİN-in mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, iştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib.

Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur.

Xəbər lenti