Logo

İngilis dili öyrənməyin 10 üstün yolu

21.02.2022 10:41 695 baxış
IMG

İngilis dilini sürətli və zövqlü öyrənmək bir çox insanların xəyalıdır. İngilis dili asan bir dil olsada öyrənilməsi bəzi hallarda qeyri-mümkün ola bilər.

İngilis dilini sürətli öyrənə bilməyiniz üçün 10 tövsiyəni təqdim edirik:

1. Tapa bildiyiniz qədər hər şeyi oxuyun: "Klassik ədəbiyyat, kitabların arxa qapaqları, qəzet, internet saytları, ictimai mediadakı xəbərlər, qidalanma qutularının üzərindəki yazıları və s."

2. Yeni sözləri qeyd edin: "Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Hər yeni bir söz və ya deyim eşitdiyinizdə danışığın məzmununu və sözün nə mənada istifadə edildiyini qeyd edin. Beləcə, daha sonra qeydlərinizin üzərindən keçərək qeydə aldıqlarınızı hər dəfə təkrarlamış olacaqsınız".

3. Gerçək insanlarla danışın: "İngilis dilini öyrənməyə çalışan bir çox insan dialoq qurmağı gözündə böyüdərək böyük bir fobiya halına gətirir. Bunu etmək əvəzinə ana dili ingilis dili olan biri ilə söhbət edə bilər, bir kursa yazıla bilər və ya onlayn ingilis dili təhsili ala bilərsiniz".

4. İngilis dilində olan yutub kanallarına abunə olun: "Hər bir maraq sahəsinə uyğun mövzuda yutub kanalının bir neçəsinə abunə olun. İlk mərhələlərdə çətinlik çəkə bilərsiniz, ancaq qısa zamanda eşitdiklərinizi anlamağa başlayacaqsınız".

5. Xaricə səyahət edin: "İngilis dilinin dünyada ən yayqın dil olduğu həqiqətdir. Seçimlər sırasında Avstraliya, Yeni Zelandiya, İngiltərə, Amerika, Kanada, Malta və Cənubi Afrikanı tapa bilərsiniz. Xaricə səyahət etdiyinizdə davamlı ingilis dilinə məruz qalacağınızdan eşitdiyiniz sözlər ağlınızda iştirak edəcək və ingilis dilini sürətli öyrənəcəksiniz. Diqqət etməli olduğunuz şərtlərdən biri yanınızda Azərbaycan dilində danışan insanın olmamasıdır".

6. Dostlarınızdan faydalanın: "Sosial mediada ingilis dilində paylaşım edən dostlarınız varsa, o mövzuları oxumadan keçməyin. Onları gözdən keçirin və gündə bir və ya ikisini oxumağa çalışın. Bu paylaşımlar xəbər, jurnal məqalələri, videolar, danışıqlar, bloq yazıları, mahnılar və ya hər hansı başqa bir şey ola bilər".

7. Çox sual verin: "Maraq eyni zamanda bir dil öyrənənin axıcı olmasını öyrədir. İngilis dilini öyrəndiyiniz müddətdə ağlınızda çox sayda sual işarələri yaranacaqdır. Bu sual işarələrini ortadan qaldırın! Əgər ingilis dili dərsinə gedirsinizsə, bununla əlaqədar müəlliminizdən kömək istəyə bilərsiniz. Əgər ingilis dilini özünüz öyrənirsinizsə, sualların cavablarını bloqlarda, veb səhifələrində, ingilis dilini öyrənən başqa insanlarla əlaqəyə keçərək və ya forumlarda tapa bilərsiniz".

8. Bir ulduzu nümunə götürün: "Öyrənmə prosesində sevdiyiniz bir oyunçu və ya musiqiçini seçərək rəngləndirin. İndi internetə daxil olun seçdiyiniz ulduzun verdiyi reportajları açın və onları izləyin. Əvvəl bəhs edilənləri bir dəfə izləyin, ikinci dəfə istifadə edilən ifadələri və sözləri qeyd edin. Bir reportajda eşidəcəyiniz deyimlər, zarafatlar, hekayələr, lətifələr söz xəzinənizə əlavə edəcəyiniz məlumatları təqdim edəcəkdir. Bunu sevərək edəcəyiniz üçün həm ingilis dilini öyrənəcəksiniz, həm sizin üçün əyləncəli olacaqdır".

9. Ehtiyacınız olan şeylərdən başlayın: "Əgər özünüzə bu dili niyə öyrənmək istədiyinizə dair səbəbləri davamlı olaraq xatırladarsınızsa, ingilis dilini daha tez öyrənəcəksiniz. Xaricdə oxumaq istədiyiniz halda oxuduğunuz sahə ilə əlaqədar sözləri oxumağa hədəflənin. Təhsilinizə bir il ara verib xaricə getmək istəsəniz, turizm ilə əlaqəli sözlərə hədəflənməlisiniz. İnsanların əksəriyyəti qısa müddət ərzində ingilis dilini öyrənmək istəyir, lakin bu mümkün deyildir. Çünki ingilis dilini öyrənmək üçün vaxtınızın çox hissəsini səbr və təmkinli şəkildə ingilis dili öyrənməklə keçirməlisiniz".

10. Əhvalınızı pozmayın: "Göstərdiyimiz cəhdlərin qarşılığını ala bilmədiyimizi və ya kifayət qədər irəliləmə görmədiyimizi hiss etdiyimizdə hamımız bunu bacara bilməyəcəyimizi, heç vaxt ingilis dilində danışa bilməyəcəmizi düşünürük. Bu mənfilik yalnız sizin irəliləməyinizə mane olacaq və ingilis dilini axıcı bir şəkildə danışma hədəfinə çata bilməyəcəyinizi fikirləşmənizə səbəb olacaqdır. Bunun yerinə öz-özünüzə "ingilis dilini öyrənirəm və hər gün irəliləyiş müşahidə edirəm”, ”hər vaxt asan olmasa da, amma öyrənməyə dəyər”, "3 ay əvvəlkindən daha yaxşıyam" və s. buna bənzər cümlələr quraraq böyük hədəfi görməyə çalışın".

Xəbər lenti