2022-ci il fevralın 26-da xocalı soyqırımının 30-cu ildönümü tamam olur.
Bədnam "Böyük Ermənistan” xülyası ilə alışıb yanan erməni vəhşilərinin xalqımıza qarşı törətdikləri ən qanlı cinayətlərdən biri də Xocalı soyqırımıdır. Bu faciə müstəqilliyimizin ilk illərində tariximizin qanla yazılmış səhifələrindəndir.
Erməni millətçiləri və terrorçuları 1988-1993-cü illərdə Azərbaycanda baş alıb gedən hərc-mərclikdən, hakimiyyət çəkişmələrindən istifadə edərək Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından köməyi ilə azərbaycanlıları Ermənistandakı tarixi-etnik torpaqlarından
tamamilə qovub çıxardılar, Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20%-ni
işğal etdilər. Bir milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salındı, öz Vətənində qaçqına və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağda oyuncaq
"respublika" yaradıldı. Dağlıq Qarabağ seperatçı- terrorçu qrupların rəhbərləri Ermənistanda hakimiyyəti ələ keçirdilər. (R.Köçəryan, S. Sarkisyan və b)
Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş,
50 mindən artıq adam yaralanmış və şikəst olmuş, 890 yaşayış məntəqəsi, 150 min ev, 7min
inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və körpü, 2300 km su
kəməri, 2000 km qaz kəməri, 15 min km elektrik xətti, 1200 km irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi məhv edilmişdir.
Ümumiyyətlə 1990-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına 100 milyardlarla ABŞ dolları məbləğində ziyan vurulmuşdur.
Xocalı Soyqırımının dəhşətlərinə keçməzdən əvvəl ermənilər, onların əzəli torpaqlarımızda məskunlaşması, xislətləri, vəhşilikləri və s. haqda bəzi məqamlara toxunmaq istərdim.
Böyük Ermənistan xülyası ilə alışıb yanan erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini, quldurluqlarını, şər-xətalarını bəzən etiraf etməyə məcbur olublar.
Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdiyi “Qafqaz xalqları"
kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan “Böyük Ermənistan" Kiçik
Asiyadan, Qafqaz Albaniyasından kənarda yerləşirdi. Fərat çayının yuxarı hissəsində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar Ağbaba, Çuxursədd, Şərur mahallarına sonradan gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər məsafəni işğal ediblər"
Başqa bir erməni tarixçisi K.Patkanyan isə “Yaxın Asiya tarixində Van yazıçılarının rolu" kitabında belə yazırdı: “Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdır. "Böyük Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır”
Digər erməni tədqiqatçısı M.Nalbadyan qeyd edirdi ki, “mən ermənilərin sakin olduqları bir neçə yeri gəzmişəm. Daim xalis ermənicə olan bir şeyi duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir."
Böyük rus şairi A.S.Puşkin isə uzaqgörənliklə ermənilər haqqında” sən kölə, sən oğru,
sən ermənisən" fikrini söyləmişdir. Həmin fikir bu gün də tam təsdiqini tapır.
Mətbuatdan aldığım məlumata əsasən, hələ sovet dövründə SSRİ-də məşhurlaşan və
Lenin haqqında çoxlu kitabların müəllifi kimi tanınan, Moskvada yaşayan erməni yazıçısı
M.Şaqinyan hər dəfə İrəvanda olanda daşnakları başına toplayaraq onlara bir tövsiyyəsini
təkrar-təkrar verərdi: "Siz bələkdəki körpənizə mütləq bildirin ki, türk onun düşmənidir.
Onların ərazisi bizim torpaqlarımızdır”. Ermənilərin məşhur şairəsi Silva Kaputikyan daha
irəli gedərək, heç nədən çəkinməyərək əməl dostlarına müraciət edirdi: "Böyük Ermənistan
yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan; türk öldürməyən erməni bizdən deyildir",
"mənim qılıncımdan türk qanı axıb töküləndə və onu tapdalayanda rahat olacağam", sən türk öldürməkdən həmişə qürur duymalısan, "türk öldürmayan erməni öz əli ilə özünü öldürsün" - söyləyərdi.
Sovet dövründə yaşayıb yaratmış, şəninə təriflər yağdırılan "Xalqlar dostluğunun carçısı" adlandırılan H. Tumanyan isə öz hekayələrinin birində yuxusunda türk qadını görən erməninin dəli olmasını tərənnüm edirdi.
Ötən əsrin 80-ci illərində yazıçı Zori Balayanın "Ocaq” kitabı erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırdı və bu münaqişə də məhz onlar tərəfindən törədildi.
Ermənilar azyaşlı azərbaycanlı uşaqlarını xüsusi qəddarlıqla qətlə yetirirdilər. 1988-ci
ilin noyabrında Quqarkda onlar 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağ 20 metr
uzunluğunda, 1.5 diametrində boruya dolduraraq hər iki tərəfini baglayaraq qatlə yetirdilər.
Elə həmin ilin dekabrında onlar Spitakda da17 azyaşlı uşağı bu üsulla öldürdülər.
Xocalıda isə vəhşiliyin misli-bərabəri yox idi. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda XX əsrin
sonlarında insanlığa qarşı ən böyük cinayəti törətdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutdu. Yaşayış məntəqəsində qalan təqribən 2500 nəfər Ağdama çatmaq ümidi ilə Xocalını tərk etdi. Amma onlardan 613-ü qətliamın qurbanına çevrildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən tərəfindən yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150-si itkin düşdü.
Məlumat üçün bildirək ki, 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr
cənub-şərqdə Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı həm də qədim insanların məskunlaşdığı yerdir. İşğaldan əvvəl şəhərdə toxuculuq fabriki, 2 orta və 2 natamam məktəb var idi. Indi onlardan əsər-əlamət yoxdur.
Ən dəhşətlisi də o idi ki, ermənilər Xocalıları xüsusi amansızlıq və qəddarlıqla qətlə
yetirmişlər. Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor S.Ohonynın (Ermənistanın eks-müdafiə naziri) komandalığı altında 366-cı alayın 2-ci batalyonu, Y.Nabokivinin komandalığı ilə 3-cü batalyonu, qərargah rəisi V.Çitçyan olan 1-ci batalyonu və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir. Onlar misilsiz qəddarlıq nümayiş etdirirdilər. Amansızlıqla qətlə yetirilənlərdən 56 nəfəri diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, baş və aşağı ətraflarının dərisi soyulmuşdur. Erməni ideoloqları bu qətillərdən, qəddarlıqlardan sevinclə söhbət açırlar. Onların xaç atalarından sayılan Zori Balayan 1996-cı ildə yazdığı "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən qəhrəman əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına qoydu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şey daha 3 türk uşağına etdik. Mən ixtisasca həkiməm. Humanist peşə sahibi olduğum üçün mən belə hərəkət etməməliyəm, ancaq mən erməniyəm və bir erməni kimi öz vəzifəmi yerinə yetirirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək".
Daha bir erməni, hazırda Livanda yaşayan David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri özünün "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün
ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən
podpolkovnik S.Ohonyon mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız uşağının meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə yüzlərlə meyitin üstündən keçdim. Martın 2-də “Qaflan" erməni qrupu (meyiti yandırmaqla məşğul olurdu) çoxlu sayda alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağı gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxartmayacağam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin üzərinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq, qışqırıq və imdad səsləri gəlirdi".
Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insanı qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır. Bunu Ermənistanın eks prezidenti Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: "Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipu qırmağa nail olduq".
Deməli, bu amansız qırğın bilərəkdən, vahimələndirmə aktı kimi planlaşdırılmışdır.
İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafıniı ancaq Serj Sarkisyan və onun kimilər bacarardı. Çünki onların damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qanicənin, türk düşməninin qanı axır.
Xocalıda kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı "Mən müharibəni çəkirəm" adlı kitabında yazırdı: "Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Video -axtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa vaqonların pəncərələrindən əməliyyat otaqlarına aparırlar. Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtürdü. Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:
- Sənə nə olub, əzizim?
- Gözlərim yanır...... Əmi gözlərim yanır......
- Gözlərin yanır!!!
Həkim çiynimə əlini qoyur.
O kordur. Ermənilər gözlərini siqaret kötükləri ilə yandırıblar. Onu bizim yanımıza
gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...
Məni dəhşət bürüyür. Gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə
bilmirəm. Belə xatirələr izsiz ötüb keçmir və axşam bu fəsli yazandan sonra ertəsi gün
gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm”.
Bu deyilənlərlə əlaqədar bir məsələni də xatırlatmaq istərdim. ABŞ-da çıxan "V novom svete” adlı ermənipərəst rusdilli qəzetin 2007-ci il 19-25 oktyabr tarixli nömrəsində erməni lobbiçisi Edvard Pariyantsin “Ermənilərin soyqrımı faktdır” sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif bu “faktı” təsdiq etmək üçün guya 1915-ci ildə türklər tərəfindən qətlə yetirilmiş uşaqların cəsədlərinin foto şəklini təqdim etmişdir. Əslində isə bunlar erməni quldurların Xocalıda qətlə yetirdikləri azərbaycanlı uşaqların foto şəkilləridir. Həyasızlığın, utanmazlığın və sinizmin dərəcəsinə baxın ki, 1992-ci ildə erməni terrorunun qurbanı olmuş azərbaycanlı uşaqlar, 1915-ci il hadisələrinin "qurbanları" olmuş ermənilər kimi qələmə verilir. Sonradan həmin fitnəkar erməninin cavabı verilmiş, qəzet isə bu səhvə görə oxuculardan üzr istəmişdir.
Bütün bunlardan sonra dünya ictimaiyyətinin erməni vəhşiliyinə göz yumması, Qərbin nə qədər ikiüzlü və iyrənc siyasət yeritdiyini, demokratiya və insan haqları adı altında milli,
dini ayrı-seçkiliklə məşğul olduğunu bir daha sübut edir. Şübhəsiz ki, Xocalıda qətliama məruz qalan ermənilər və ya xristianlar olsaydılar, onda Qərb bir nəfər kimi onların müdafiəsinə qalxar və bu cinayəti törədənlərin hamısını beynəlxalq məhkəmə qarşısına çıxarardı.
Yeri gəlmişkən, Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtki rəhbərliyinin, yüksək vəzifəli şəxslərinin də günahı az olmamışdır. Çünki onlar Konstitusiya qaydalarının qorunmasını, ölkənin ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını təmin edə bilməmiş, üstəlik hətta faciə baş verəndən sonra da həqiqəti xalqa söyləməkdən qorxmuş, qırğının real miqyası barədə məlumatları gizlətmiş, ona hüquqi-siyasi qiymət verməyə təşəbbüs göstərməmişlər. O vaxtkı müxalifət (AXC, Müsavat) isə xalqın qəzəb dalğası üzərində hakimiyyətə gəlmək üçün sadəcə bu faciədən istifadə etmişdi.
Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarları təfsilatı ilə açıqlanmışdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il respublikamızın ərazisində fevralın 26-sı saat 1700 –da 1 dəqiqəlik sükut həyata keçirilir.
Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 2008-ci il fevralın 6-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının Xətai prospektində “Ana fəryadı”abidəsi ucaldılmışdır. Ölkə başçısının 18 yanvar 2022-ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” imzaladığı sərəncam bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, filmlər, materiallar nümayiş etdirilir. Bu işdə Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Bu baxımdan fondun Prezidenti, Azərbaycan Respublikasının birinci vitse Prezidenti, ölkəmizin birinci xanımı, UNESKO və İESEKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri xüsusi xatırlatmaq lazımdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam KonfransıTəşkilatının (İKT) Gənclər Fondunun əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət”kampaniyası ildən-ilə genişlənməkdədir.
Aparılan bu səmərəli fəaliyyətin nəticəsidir ki, indiyənə qədər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Ruminya, Çexiya, İordaniya, Honduras və digər iyirmidən çox ölkənin parlamentləri, habelə ABŞ-ın 20 dən artıq ştatının qanunverici orqanı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanımışdır.
2018-ci ildə Heydər Əliyev Fondunun Təşəbbüsü ilə İstanbul şəhərinin Bağçalar rayonunda Böyük Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır.
Dünya Xocalı faciəsi haqqında həqiqəti bilməli və onu unutmamalıdır.
Bu bəşəri cinayət cəzasız qalmamalıdır.
Azərbaycan xalqı inanırdı ki, erməni faşistlərinin törətdikləri bu vəhşilikər cavabsız qalmayacaq, cinayətkarlar zamanında laiqli cəzalarını alacaq və işğal altındakı torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir.
44 günlük vətən müharibəsində qəhrəman ordumuzun müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi möhtəşəm Zəfər deyilənləri tam sübuta yetirdi.
Şübhə yoxdur ki, yaxın zamanlarda qədim və əzəli yurd yerimiz olan Xocalıda da istiqlal bayrağımız dalğalanacaqdır!
Allah Xocalıda və vətənimizin azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Mirzə Cavadov
Mingəçevir Dövlət Universitetinin
Humanitar fənlər kafedrasının müəllimi