Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçirilib

17.12.2020 13:14 699 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində "Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminar iştirakçılarını salamlayan Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov kompüter elmlərinin sürətli inkişafının riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaratdığını nəzərə çatdırıb.

 

Daha sonra Riyazi analiz kafedrasının dosenti, riyaziyyat elmləri doktoru Rəşid Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, çoxdəyişənli funksiyaların Ridge funksiyaları ilə approksimasiyalarının kompüter tomoqrafiyasına, riyazi statistiskaya, habelə maliyyə, tibb, maşınqayırma, geologiya, fizika, proqnozlaşdırma, təsnifat və idarəetmə məsələlərində geniş istifadə olunan neyron şəbəkələrə geniş tətbiqləri var. Məruzədə ridge funksiyaları haqqında ətraflı məlumat və ridge funksiyaların cəmi şəklində göstərilişin hamarlığı haqqında məşhur israil riyaziyyatçısı Allan Pinkus tərəfindən qoyulan problemin həlli yolları göstərilib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar mövzu ətrafında disskusiya ilə davam edib.

Xəbər lenti