Logo

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici tədbirlər həyata keçirildi

21.02.2022 20:59 548 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Goranboy, Hacıqabul, Qəbələ, Şüvəlan, Ağdam, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikahın fəsadları, gender əsaslı zorakılıqla mübarizə, məişət zorakılığının qarşısının alınması mövzularında silsilə tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirlər zamanı uşaqların təhsildən yayınmasının profilaktikası məqsədilə monitorinqlər və risk qrupundan olan ailələrlə valideyn-övlad münasibətlərinə dair söhbətlər aparılıb. 

Erkən nikahların qarşısının alınması məqsədilə kənd və qəsəbələrdə sakinlər arasında bukletlər, məlumat vərəqləri paylanılıb. Sakinlərlə ünsiyyət zamanı erkən nikahın fəsadları və bu cür hallara səbəb olan şəxslərin qanunvericiliklə məsuliyyətə cəlb olunmaları haqqında məlumat verilib.

Tədbirlərdə rayon sakinləri, gənclər, könüllülər, məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər, məktəb psixoloqları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər lenti