"Peşəyönümlü təhsilin inkişafına yardım" ictimai birliyi (PTİY İB) 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən
“Ümumtəhsil məktəblərində “Gələcəyin peşələri” mövzusunda peşəyönümü tədbirlərinin təşkili” adlı layihənin icrasına başlamışdır.
4 ay müddətində icra ediləcək layihənin əsas ideyası şagirdləri rəqəmsal iqtisadiyyat şəraitində yaranacaq yeni peşələr barədə maarifləndirməkdir.
Məlum olduğu kimi müstəqillik illərində ölkəmizdə peşəyönümü məsələləri uzun müddət diqqətdən kənarda qalmışdı. Bunun bir sıra səbəbləri vardı: orta məktəblərdə bu işə qeyri ciddi münasibət, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test sistemi ilə aparılması ilə əlaqədar ixtisas seçiminə fərqli yanaşmalar, DİM imtahanlarında peşəseçimi məsələlərinin nəzərə alınmaması v.s. Son illər NK-nin məktəbdə peşəyönümü işinin təşkili ilə əlaqədar təsdiq etdiyi əsasnamə bu sahədə işlərin fəallaşmasına səbəb olub. Lakin bu sahədə uzun müddətli fasilənin olması, əvvəllər toplanmış təcrübənin itirilməsi, prosesi bərpa etməyə çətinliklər yaradır.
Bu mənada vətəndaş cəmiyyətinin bu sahədə təcrübəsi olan qurumlarının təhsil sektoruna dəstək verməsi əhəmiyyətli ola bilər.
Belə bir vəziyyətdə şagirdləri rəqəmsal iqtisadiyyat şəraitində yaranacaq yeni peşələr barədə maarifləndirmək zəruridir.