Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Milli Ordusunun 44 günlük müzəffər savaşında torpaqlarımız uğrunda şəhid olmuş oğullar arasında bir sıra təhsil ocaqlarının da yetirmələri var.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivi də Vətən, Qarabağ uğrunda şəhid və qazi olmuş döyüşçülər arasında bu təhsil müəssisəsinin də məzunlarının olmasıyla qürur duyur.
Akademiyadan Moderator.az-a verilən məlumatda bildirilir ki, tanınmış təhsil ocağının 13 şəhidi var.
Məlumatda deyilir:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu igidlərimiz arasında Akademiyanın 13 şəhidi var! Ömrümüzün sonunadək sizi qürur və hörmətlə anacağıq.
Allah rəhmət eləsin!”
Akademiyanın şəhidlərinin ad, soyadı təqdim olunur.
1.Məmmədov Fərid
2.Babayev Rəşad
3.Əlizadə Nəriman
4.Əliyev Ramid
5.Muradov Siyavuş
6.Əlizadə Pərvin
7.Orucov Ürfan
8.Hüseynov Eldost
9.Qasımlı Muxtar
10. Astanlı İqbal
11. Yusifzadə Ramil
12. Vəliyev Vüqar
13. Ələkbərov Telman