Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbulda ən yüksək bal toplayan şəxsin adını açıqlayıb.
Tehsil.biz xəbər verir ki, bu barədə qurumun feysbuk hesabında məlumat verilib.
Qeyd olunub ki, həmin şəxs Dövlət İdarəçilik Akademiyasının məzunu Habil oğludur.
Aydın Ağaverdiyev imtahanda 98 bal toplayıb.
Qeyd edək ki, imtahanda ən yüksək bal 100-dür.
A.Ağaverdiyev bakalavriat səviyyəsinə qəbul imtahanında 683 bal toplayıb.