"Təhsil Nazirliyi son ildə müəllimlərin yazı yükünü azaldıb".
Tehsil.biz xəbər verir k, bunu nazirliyin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib.
O, bununla bağlı müəllimlərin narazılıqlarının əsassız olduğunu qeyd edib: "Təhsil Nazirliyi son ildə müəllimlərin yazı yükünü azaldıb. Hazırda müəllimlərin bununla bağlı narazılıqları əsassızdır. Bizim əsas tələbimiz dərsin keyfiyyətinin yüksəlməsi və öyrənmənin baş verməsidir".