Ümumtəhsil müəssisələrində şagirdlərin birinci yarımilinin nəticələrinin hansı formada qiymətləndirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır.
Bu, Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, koronavirus (Covid-19) pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanaraq rəy və təkliflərin verilməsi məqsədilə aidiyyəti struktur bölmələrə və qurumlara təqdim olunub.
Yaxın zamanlarda bununla bağlı ətraflı məlumat veriləcək.